Keçmiş məhkum narkotik yetişdirmək üçün qəribə üsula əl atdı - VIDEO

Keçmiş məhkum narkotik yetişdirmək üçün qəribə üsula əl atdı - VIDEO
SOSİAL
22:55 07.04.2018
8086

Yevlax rayonunda narkotik yetişdirən şəxs saxlanılıb.

AZXEBER.COM "Xezer tv"ye istinadən xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədov saxlanılıb.

Onun həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs əməlini etiraf edərək aşkarlanan narkotik vasitəni öz istifadəsi üçün becərdiyini bildirib. O, diqqət çəkməmək üçün xiyar şitilləri ilə birgə çətənəni də istixanada yetişdirdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR