Yeni Azərbaycan Partiyasının üzvü, eks millət vəkili Aydın Həsənov dünyasını dəyişib.
Bu haqda AZXEBER.COM-a mərhumun ailə üzvləri məlumat verib.
Məlumata görə, mərhum uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Aydın Həsənov 1942-ci ildə anadan olub. O III çağırış seçkilərində Cəlilabaddan millət vəkili seçilib. Mərhum deputatlıqdan öncə hərbidə çalışıb və ehtiyyatda olan polkovnik idi.