Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, onun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülüb. Həmin dairədən Həmidovun əsas rəqibi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Dəmir Yollar QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur.
///Qafqazinfo