8 yaşlı qıza təcavüz edib sonra öldürən şəxs həbs olunub.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rusiyanın Tümen əyalətində baş verib.
Belə ki, iyun ayının 30-da narkotika və alkoqolun təsirində olan Vitali Berejnoy pilləkanlarda qarşısına çıxan 8 yaşlı qızı evinə aparıb. Uşağı öldürmək niyyətində olan sərxoş şəxs onu öldürməzdən əvvəl təcavüz edib.
Daha sonra 8 yaşlı qızın cansız bədənini bir neçə gün soyuducuda saxlayıb.
Bundan sonra uşağın meyidini qutuya qoyaraq gölün sahilinə gələrək heç kimin ağlına gətirə bilməyəcəyi yerə qoyub.
Daha sonra 8 yaşlı uşağın axtarışlarında polsə kömək edərək, onun tapılması üçün "əlinən gələni edib".
Qatilin evinə yaxın olan gölün yaxınlığından tapılan qızın cəsədindən DNT analizi götürülüb.
Qeyd edək ki, 8 yaşlı uşağın qatili 2008-2011-ci illər polis rəisini köməkçisi vəzifəsində çalışıb. 2015-ci ildə Tümen əyalətinə köçüb.
İstintaq 8 yaşlı uşağın qətlində təqsirləndirilən keçmiş polis rəisi Vitali Berejnoyun həbsini tələb edib və o həbs edilib.
Günel