Keçmiş prezident avtobusda - FOTO

Keçmiş prezident avtobusda -  FOTO
DÜNYA
15:24 11.09.2013
2412

İranın 6-cı prezidenti Mahmud Əhmədinejad hazırda müəllim işləyir.

İran İslam Respublikasının 6-cı prezidenti Mahmud Əhmədinejad hazırda müəllim işləyir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda keçmiş prezident müəllim maaşı ilə dolanır və ictimai nəqliyyatdan istifadə edir. “Facebook” sosial şəbəkəsində onun sərnişin avtobusunda ayaq üstdə işə getdiyi fotosu yayılıb. Bu foto izlənməsinə görə, rekord qırıb. Qeyd edək ki, İranın keçmiş prezidenti xüsusi pensiyaya belə çıxmayıb. Mahmud Əhmədinejad keçmiş peşəsi olan müəllimliyinə qayıdıb.

OXŞAR XƏBƏRLƏR