Keçmiş prezident və ailə üzvlərinin təminatı haqqında qanun təsdiqləndi

Keçmiş prezident və ailə üzvlərinin təminatı haqqında qanun təsdiqləndi
12:19 21.06.2012
1568
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu təsdiqləyib.Konstitusiya Qanununa görə, “keçmiş Prezident” dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:- Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs;- Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;- Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs.Konstitusiya Qanununda “keçmiş Prezidentin arvadı (əri)” dedikdə, keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur.Qanunda “öhdədə olan uşaq” dedikdə, vəfat etmiş keçmiş Prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur.Qanuna əsasən, keçmiş Prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs bu Konstitusiya Qanununun 2.1-ci maddəsində nəzərdə tutulmuş aylıq pensiyanı almaq hüququna malik deyil.Keçmiş Prezidentin vəfatından sonra aşağıdakı şəxslərə bu Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilir:- arvadına (ərinə);- arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.Keçmiş Prezident səlahiyyət müddətində vəfat etdikdə aşağıdakı şəxslərə bu Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan pensiya məbləğində aylıq müavinət ödənilir:- arvadına (ərinə);- arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.Ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği gəlir vergisindən azad edilir.Keçmiş Prezidentə aşağıdakı digər təminatlar verilir:Təminat heyəti: üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü.- Bir nəqliyyat vasitəsi.- Təmsilçilik xərcləri: keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir;- Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.Qanuna əsasən, keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə səlb edilə bilməz. Keçmiş Prezidentin arvadı (əri) keçmiş Prezidentin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə səlb edilə bilməz. Keçmiş Prezident və onun arvadı (əri) Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan, cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
OXŞAR XƏBƏRLƏR