Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordi generalı İlkər Başbuğ haqqında istintaq başladılıb.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, İstanbul 13-cü Ağır Cəza Məhkəməsi xüsusi yaradılmış internet saytlarında hökumətə qarşı qara piar kampaniyasının aparılması üzrə başladılan və "İnternet andıcı" adı verilən istintaq işində adı keçən İlkər Başbuğ haqqında prokurorluğa yazı yazılmasını qərara alıb. Prokurorluq isə bu yazı əsasında keçmiş Baş Qərargah rəisi haqqında istintaq başladılmasına qərar verib.
İstintaqı xüsusi səlahiyyətli prokuror Cihan Kansız aparacaq.
Xatırladaq ki, bu iş üzrə ifadə verən şahidlər "İnternet andıcı", yəni saytlarda Ədalət və İnkişaf Partiyası hökumətini qaralama kampaniyası başladılması üçün o zaman İlkər Başbuğun da razılığı olub. Eyni zamanda istintaq materialları içərisindəki sənədlərdə "komandirə məruzə" sözləri diqqət çəkib. Bəzi şahidlər isə Başbuğun bu sənədləri imzaladığını bildiriblər. Prokurorluq "İnternet andıcı"nın hazırlanmasında rolu və məsuliyyəti olduğuna qərar verərsə, Başbuğ haqqında ittiham aktı hazırlanacaq.