Keçmiş səfir: 'Çaves beyin ölümü keçirib'

Keçmiş səfir:
10:45 28.02.2013
787

Fevralın 27-də Panamanın Amerika Dövlətləri Təşkilatındakı keçmiş səfiri Gilyermo Koçes hələ iki ay əvvəl Venesuela prezidenti Uqo Çavesin beyin ölümünün gerçəkləşdiyini bildirib.

AZXEBER.COM-un RİA-Novosti-yə istinadən verdiyi xəbərə görə, “NTN 24” telekanalına müsahibəsində Koçes bildirib ki, ötən həftə Çaves Havanadan Karakasa gətirilib.“Çox güman ki, prezident onu həyatda saxlayana süni nəfər aparatından artıq ayrılıb. Çavesin beyin ölümü isə hələ dekabrın 30-u qeydə alınıb. Mən Venesuela hökumətinə Çavesi göstərərək, mənim yalan dediyimi sübut etməyi təklif edirəm”, - deyə panamalı diplomat bildirib.

OXŞAR XƏBƏRLƏR