Türkiyədə cinayət hadisəsi qeydə alınıb.
Keçmiş sevgilisi Hakan 24 yaşlı Büşranı bıçaqlayaraq öldürüb.
Olay Silifke İlçesi Taşucu Kum məhəlləsindəki binada baş verib. Deyilənlərə görə, 1 il əvvəl kirayə götürdüyü evdə tək yaşayan Büşra Uzun, keçmiş sevgilisi Hakan Y.-dan ayrılıb, Fatih Silve ilə sevgili olub. Hakan Y. tərəfindən təhdid edilən qız dünən evinə qayıdarkən onunla qarşılaşıb. Hakan qızın evinə girmək istəyib. Onların arasında mübahisə yaranıb. Hakan Y. qızı bıçaqlayıb. Qız ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Hakan qızı bıçaqladıqdan sonra intihara cəhd edib.
///Milli.Az