İstanbulda 17 yaşlı qız yaşıdı tərəfindən küçədə güllələnib.
Cansu Çartını eks-sevgilisi M.A.K. öldürüb. O, Cansunu küçədə tüfənglə öldürüb.
Oğlan Cansunu qız ondan ayrıldığına görə qətlə yetirib.
Qeyd edək ki, qızın atası ötən il həbsxanaya girib. Cansu ailəsinə baxmaq üçün çörəkçidə işləyib.
Ölümündən sonra Cansunun feysbuku izlənilib. Qızın: "Yaşamaq ümiddirsə, ümid edirəm, hər şey gözəl olacaq", - yazısı diqqət çəkib.
///Milli.Az