Keçmiş "TikTok" əməkdaşından şok edən ETİRAF

MARAQLI
11:39 14.03.2023
362
Keçmiş "TikTok” menecerinin etirafları diqqət çəkib. 

AZXEBER.COM xəbər verir ki, son zamanlar aldığı qadağalar və məlumat təhlükəsizliyində yaşadığı problemlərlə diqqət çəkən TikTok, bu dəfə keçmiş əməkdaşının açıqlamaları ilə yenidən gündəm olub. Sosial media şirkətinin keçmiş əməkdaşı 1,5 milyard dollarlıq Project Texas təhlükəsizlik təşəbbüsünün qüsurlu olduğunu deyib. Keçmiş işçi deyir ki, həqiqətən təhlükəsiz yanaşma üçün xidmət infrastrukturu tamamilə yenidən dizayn edilməlidir.

 "Washington Post” qəzetinə danışan mənbə iddia edir ki, sosial şəbəkə istifadəçilərin məlumatlarının qorunmasında problemlər yaşayır.

Qeyd edək ki, sosial media nəhəngi iddiaların əsassız olduğunu deyir. Məlumatı verən şəxsin yalnız altı ay şirkətdə işlədiyi və təhlükəsizlik layihəsi Project Texasın tamamlanmasından aylar əvvəl ayrıldığı da bildirilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR