Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə instaqram hesabında yazıb.
Keçmiş MMA döyüşçüsü növbəti prezident seçkilərinin 2025-ci ilin 11 noyabrına qədər keçiriləcəyini xatırladıb.
Konor seçildiyi təqdirdə Avropa İttifaqının miqrasiya üzrə paktını ümumxalq səsverməsinə çıxaracağını vəd edib. Bu paktın 2026-cı ilin 12 iyununa qədər tam olaraq İrlandiyada həyata keçirilməsi tələb olunur.