Sevgi və münasibətlərin sona çatması hər kəsdə fərqli reaksiyalar yaradır. Bəzi insanlar ayrılığı tez qəbul edib həyatlarına davam edə bilirlər. Amma bəzi bürclər üçün bu proses həm uzun, həm də emosional cəhətdən ağrılı olur.
AZXEBER.COM xarici mediaya istinadən münasibət bitsə belə, keçmiş sevgini unutmaqda ən çox çətinlik çəkən üç bürcü təqdim edir:
Xərçəng:
Xərçəng bürcünün nümayəndələri münasibətlərində dərin və səmimi bağlar qururlar. Onlar üçün ayrılıq sadəcə bir münasibətin bitməsi deyil, sanki daxili bir yas prosesi kimi yaşanır. Qəlblərində daşıdıqları xatirələri uzun müddət unuda bilmirlər.
Balıq:
Balıq bürcü romantik və duyğusal təbiətə malikdir. Münasibət formal olaraq sona çatsa belə, balıqlar emosional bağlarını qoparmaqda çətinlik çəkirlər. Bir mahnı, tanış bir qoxu və ya köhnə bir foto belə keçmiş sevgini yada salmağa kifayət edir.
Buğa:
Buğa bürcü üçün təhlükəsizlik və bağlılıq çox önəmlidir. Adət etdiyi və sevdiyi insanı buraxmaq onlar üçün çox ağır olur. Bu güclü bağlılıq səbəbindən, buğalar münasibət bitdikdən sonra uzun müddət keçmişdə qala bilər və yeni sevgiyə açılmaq üçün zamana ehtiyac duyurlar.
Şahanə Ziyad










































