Kəlbəcər məktəbinin müəllimi təhsildə yenilik etdi

Kəlbəcər məktəbinin müəllimi təhsildə yenilik etdi
SOSİAL
11:18 21.06.2018
4247
İyun ayının 20-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan "Səsli dərslik” layihəsinin Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə ilkin təqdimatı keçrilib.
 
Tədbiri giriş sözü ilə açan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri Nofəl Şirinov öncə layihənin mahiyətindən danışaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında  Strateji hədəflər və tədbirlərdən biri, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. "Səsli dərslik” layihəsi də bu ehtiyacdan qaynaqlanaraq hazırlanıb. Layihənin məqsədi VI sinif şagirdləri eləcə də fiziki imkanları məhdud olan  uşaqlar üçün İKT-dən istifadə edərək ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır.

N.Şirinov daha sonra bildirdi ki, qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində "Səsli Dərslik" layihəsi çərçivəsində bir sıra işlərin görülməsi planlaşdırılıb. Təşkilati işlərlə yanaşı VI siniflərə aid olan ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor  və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Yaradılan resursların hamı tərəfindən əlçatan olması üçün sesliderslik.az saytı yaradılaraq bütün resurslar həmin saytda yerləşdiriləcək. Səsləndiriləcək bədii mətnləri şagirdlər sesliderslik.az saytında dinləməklə yanaşı ,kompüter, telefon, planşetə yükləyərək internet olmadan da öyrənə biləcəklər.
 
Qeyd olundu ki, müasir texnologiyalar əsasında hazırlanacaq bu resurs bütün şagirdlərin böyük marağına səbəb olacaq və ən əsası ədəbiyyat dərsliyini görmə imkanları məhdud olan şagirdlər üçün əlçatan edəcək. Layihənin təqdimatında vurğulandı ki, "Səsli Dərslik"lər şagirdlərin səlis danışıq, natiqlik bacarığını inkişaf etdirəcək, öyrənmə marağını aktivləşdirəcək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirəcək, zehni fəaliyyətlərinin stimullaşdırıcaq, tədris imkanlarını genişləndirərək, ona məntiqi və axtarıcı xarakter verəcək. Bildirildi ki, layihə iyun ayının 20-dən başlayaraq Noyabr ayının 20- nə kimi davam edəcək. 5 ay müdətində layihənin icra planında nəzərdə tutulan bütün işlər yekunlaşdırılacaq. Layihənin gedişi və yekunu ilə bağlı məlumatlar mütamadi olaraq KİV –nə veriləcək. Təqdimatdan sonra söz alan məktəbin müəllimləri və qonaqları layihə haqqında müsbət fikirlər səsləndirdilər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər