Kəlbəcərdə 20 nəfər ölümdən döndü - Əsgərimiz hansı şücaəti ilə həyatları xilas etdi? - VİDEO

Kəlbəcərdə 20 nəfər ölümdən döndü - Əsgərimiz hansı şücaəti ilə həyatları xilas etdi? - VİDEO
SOSİAL
09:29 19.04.2022
409
Kəlbəcərin Günəşli kəndinə səfər edən bir neçə vətəndaşımız dəhşətli hadisədən son anda xilas olublar. Kənddə ermənilərin basdırdıqları minanın vaxtında aşkar edilməsi böyük faciənin qarşısını alıb.

AZXEBER.COM xəbər verir ki, Günəşli kənd sakinlərindən biri səfərlə bağlı təəssüratlarını "Xəzər Xəbər"ə danışıb. O bildirib ki, tank əleyhinə mina vaxtında aşkar edilməsəydi, onları aparan nəqliyyat vasitəsi partlaya bilərdi.

Uzun illərdən sonra Kəlbəcərin Günəşli kəndinə qayıdan sakinlər faciədən son anda qurtulublar. Onların sevincinin kədərə çevirilməsinə minaaxtaran əsgər Mərdəli Aşurovun peşəkar davranışı imkan verməyib.

Mərdəli Aşurov "Kamaz" markalı avtobusun hərəkət etdiyi yolun üzərində ermənilərin basdırdıqları tank əleyhinə minanı aşkar etməklə 20 nəfərin həyatını xilas edib. İlkin araşdırmalar zamanı məlum olub ki, tank əleyhinə mina sözügedən əraziyə 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatına səbəb olmaq məqsədilə basdırılıb.

Kənd sakini Rasim Əmirov doğma yurd-yuvasına səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini deyir.

Hərbi ekspert Ramil Məmmədli deyir ki, tank əleyhinə minalar əsasən zirehli texnikaların hərəkət etdiyi yolların üzərində basdırılır. Bu fakt isə bir daha ermənilərin hələ də mülki əhaliyə qarşı mina müharibəsi apardığını göstərir.

Beynəlxalq humanitar təşkilatların mina məsələsinə laqeyd yanaşdığını deyən Ramil Məmmədli qeyd edib ki, Ermənistana minalanmış ərazilərlə bağlı düzgün xəritələri təqdim etməsi üçün təzyiqlər artırılmalıdır. Eyni zamanda, Azərbaycana ərazilərin minlardan təmizlənməsi üçün lazımi dəstək göstərilməlidir. Ölkəmiz demək olar ki, öz imkanları hesabına bu işlərin öhdəsindən gəlir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bugünədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15 min hektardan çox, ANAMA xətti ilə isə 8612 hektar ərazi minlardan təmizlənib.
 

OXŞAR XƏBƏRLƏR