Kəlbəcərdə ağır qəza: 70 yaşlı kişinin boynu sındı

Kəlbəcərdə ağır qəza: 70 yaşlı kişinin boynu sındı
SOSİAL
10:27 30.06.2023
496

Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Vəliyev Məhəmməd Əmiraslan oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR