Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - ölən var

SOSİAL
12:09 19.10.2021
1170
Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR