Kəlbəcərdə iki yük avtomobili toqquşdu - xəsarət alan var

Kəlbəcərdə iki yük avtomobili toqquşdu - xəsarət alan var
SOSİAL
16:42 23.12.2022
1160
Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib.

İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir
OXŞAR XƏBƏRLƏR