Kəlbəcər işğaldan azad edildikdən sonra şəhərdə fəaliyyətə başlayan ilk təhsil müəssisəsində – Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbdə ilk dəfə buraxılış imtahanı keçirilir.
AZXEBER.COM APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, həmin məktəbin yuxarı sinif şagirdləri – abituriyentlər bu il ilk dəfə doğma məktəblərində buraxılış imtahanında iştirak edirlər.










































