Kəlbəcərdə minik maşını dərəyə aşdı - Ölənlər var

Kəlbəcərdə minik maşını dərəyə aşdı - Ölənlər var
SOSİAL
09:25 25.08.2023
162
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Qəzada ölən şəxslərin meyiti FHN-in əməkdaşları tərəfində dərədən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.
Ölən şəxslər Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelikdir.

Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur.

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR