Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.
Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
///Apa










































