"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi

"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
SOSİAL
14:42 18.06.2021
1368
Məlum olduğu kimi, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı "Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 06-da müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 ha ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf etməsinə dair videogörüntülər yayılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş Prokurorluqda araşdırma aparılmaqla "Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqçadan əlbir olub cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili tank və piyada ələyhinə minaların basdırmalarına şübhələr müəyyən edilib.

Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir.

Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın tank və piyada ələyhinə minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqətə uyğun olmasını təsdiq edir.
Yuxarıda göstərilənlərlə əlaqədar Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, qeyd edilən əməllərə görə Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, beynəlxalq axtarışa elan edilib.
Sözügedən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü Baş Prokurorluq tərəfindən mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək