"Kəlbəcərli girovları güllələmək lazımdır" - Erməni deputat

SİYASƏT
16:33 01.11.2014
1857
“Onları mühakimə etməyə ehtiyac yoxdur”.
“Yerkrapa” könüllülər birliyinin başçısı, keçmiş terrorçu və cani, hazırda isə deputat olan Manvel Qriqoryan hesab edir ki, “Qarabağ ərazisinə qanunsuz keçmiş” kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi hərbi dövrün qanunları ilə mühakimə eləmək, yəni güllələmək lazımdır.
AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Mən dəfələrlə bəyan eləmişəm ki, onları mühakimə etməyə ehtiyac yoxdur, güllələmək – vəssalam. Onlar yeniyetməni öldürüblər, sərhədi casusluq niyyəti ilə keçiblər, hansı məhkəmədən söhbət gedir. Onları saxlanılan zaman öldürmək lazım idi ki, iş məhkəməyə gedib çıxmasın”, - bildirib keçmiş banda başçısı.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə “məhkəmə prosesi”nin beynəlxalq normalara uyğun keçdiyini və “Arsaxın demokratik ölkə kimi mövcud olduğunu təsdiqlədiyini” iddia edib.
OXŞAR XƏBƏRLƏR