Avropa ölkələri ABŞ-ın iştirakı olmadan Ukraynaya yardımı davam etdirməyə hazır olmalıdır.
Bunu "The Daily Telegraph” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq deyib.
"Hazır olmaq daha yaxşıdır. ABŞ-ın dəstək verməkdən tamamilə imtina edəcəyini düşünmürəm. Lakin Avropanın möhkəm dayanması daha yaxşıdır. Hazırda Avropa Ukraynanın hərbi səylərini dəstəkləməkdə demək olar ki, kifayət qədər güclüdür və əvvəllər görünməmiş birlik nümayiş etdirir", - o deyib.
/APA