Kemal Kılıçdaroğlu həbs oluna bilər

Kemal Kılıçdaroğlu həbs oluna bilər
DÜNYA
11:44 22.06.2023
249
"Kılıçdaroğlu üçün siyasi qadağa istəniləcəyi görünür”

AZXEBER.COM Tükiyə mətbuata istinadla xəbər verir ki, "Cumhuriyet” qəzetinin köşə yazarı Barış Terkoğlu CHP sədri Kamal Kılıçdaroğlunun bu dönəmdə deputat olmadığı üçün toxunulmazlığının olmamasına diqqət çəkərək, həbs oluna biləcəyi ehtimalının olduğunu deyib.

Barış Terkoğlu, K.Kılıçdaroğlu haqqında şikayətlərin xülasəsini sadalayaraq bildirib ki, İstanbul bələdiyyə başqanından sonra CHP sədri də cəzalandırıla bilər. 

Türkiyə Böyük Millət Məclisinin bu dönəmdə seçilə bilməyən deputatların hesabatlarını hakimliyə göndərdiyini xatırladan Terkoğlu, Kılıçdaroğlunun vəkili Cəlal Çelik ilə görüşməsinə də yer verib. Vəkil bildirib ki, keçmişdə olan bəzi işlərin açıldıqdan sonra toxunulmazlıq səbəbindən dayandırılıb, şikayət fayllarının sayının 28-i keçdiyini izah edib. Kılıçdaroğlu ilə bağlı şikayətlərin xülasəsinin tək-tək yazan Terkoğlu, hesabatların 110 ilə qədər həbs cəzası potensialını göstərdiyini qeyd edib:

"Müxalifətə məhkəmə bıçağının daha da dərinləşməsi ehtimalı ortaya çıxır. İstanbul əyalət başqanı və İstanbul bələdiyyə başqanından sonra bəlkə də CHP lideri cəzalandırılacaq. Ola bilsin ki, ona siyasəti qadağa da qoyulsun. Çünki hesabatların çoxunda Kılıçdaroğlu üçün siyasi qadağa istəniləcəyi görünür”,- deyə B. Terkoğlu söyləyib.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR