Səbirsizliklə gözlənilən Cümhuriyyət Xalq Partiyası "CHP”nin qurultayı öncəsi Kemal Kılıçdaroğlunun çıxışa hazırlaşdığı və sonuncu dəfə namizəd olacağını açıqlayacağı xəbərləri yayılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ümumi seçkilərdə ağır məğlubiyyət alan CHP dəyişiklik əks-sədaları ilə qurultaya doğru irəliləyir.
Kemal Kılıçdaroğlunun tərəfdarları ilə dəyişiklik edənlər arasında şiddətli mübarizə davam edir.
Qurultay yaxınlaşdıqca CHP-də həyəcan daha da artır, nəticələrlə bağlı müxtəlif ehtimallardan danışılır.
Kemal Kılıçdaroğlunun çıxışa hazırlaşdığı və sonuncu dəfə namizəd olacağı bildirilib.
Ayşən