Kəmalə Ağazadə qadınlara səsləndi: "Evli kişilərdən uzaq olun"

Kəmalə Ağazadə qadınlara səsləndi: "Evli kişilərdən uzaq olun"
SOSİAL
14:07 17.01.2024
345
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qadınlara evli kişilərlə münasibət qurmamaq ilə bağlı səslənib.
 
AZXEBER.COM xəbər verir ki, Kəmalə Ağazadə bu barədə sosial şəbəkədə yazıb.
 
O, qadınları kişilərin yalanlarına inanmamağa çağırıb.

"Qadınlar...Baş tacı qadınlar...Vurmayın o tacı yerə...Evli kişilərlə münasibət qurmayın..."Arvadım xəstədir,boşanacam,kağız üzərindədir evliliyimiz!!!" deyənlərə uymayın...Vallah bir gün sizinlə hətta evlənsə belə eynisini başqa biriylə də sizə yaşadacaq...Bəlkə də qınayacaqsınız məni,yazacaqsınız ki, "o qədər tanıdıqlarımız var ki, çox xoşbəxtdir!" Mümkün deyil...vallah mümkün deyil...Bundan zərər tək siz görməyəcəksiniz, balalarınız zərər görəcək..." ,- deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR