Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi - FOTO

Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi - FOTO
SOSİAL
10:34 30.09.2023
1394
Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onunla bağlı sosial şəbəkədə paylaşım edib. 

AZXEBER. COM xəbər verir ki, o şəxsi insatqram hesabında deputatla şəkilini yayımlayaraq Ramiz Rövşənin "Ayrılıq” şeirindən bir hissə paylaşıb:

"Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 


OXŞAR XƏBƏRLƏR