Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır”

Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır”
SOSİAL
23:37 25.09.2023
425
"Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.

Bu barədə Oxu.Az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva məlumat verib.

O qeyd edib ki, millət vəkilinin vəziyyəti stabil-ağır olaraq qalır və ailə üzvləri bu kimi xəbərlərin yayılmasına təəssüf edir:

"Sosial şəbəkələrdə aktiv olan insanlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən açıqlanan xəbərlərə inansınlar. Dualarınızı əsirgəməyin”.
OXŞAR XƏBƏRLƏR