Kəmalə Rəhimli gözlərindən əməliyyat olunacaq

MAQAZİN
13:57 29.08.2015
2350

Diabet xəstəliyindən əziyyət çəkən və buna görə də uzun müddətdir ki, görünməyən əməkdar artist Kəmalə Rəhimli məclislərin birində üzə çıxıb.

AZXEBER.COM “Publika.az”-a istinadən xəbər verir ki, sənətçi səhhətinin hələ də yaxşılaşmadığını deyib:

“Heç yerə çıxa bilmirəm. Bir müddət əvvəl gözümdən əməliyyat olunsam da, səhhətim düzəlmədi. Çox pis görürəm. Yenidən əməliyyat olunmalıyam, amma çox qorxuram.

Axı, şəkər xəstəliyindən əziyyət çəkirəm. Həkimlər deyir ki, əməliyyat səhhətim üçün risqlidir, nəticəsi ağır ola bilər. Mən isə hələ yaşamaq istəyirəm”.

Qeyd edək ki, Kəmalə Rəhimli 18 ildir ki, diabet xəstəliyindən əziyyət çəkir. Məhz bu xəstəlik ucbatından sənətçinin digər orqanlarında ciddi fəsadlar yaranıb.

OXŞAR XƏBƏRLƏR