Kəmaləddin Heydərov Flora üçün mahnı bəstələdi

MAQAZİN
15:14 08.01.2016
3499

Fövqəladə hallar naziri Kamaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.

Qeyd edək ki, K.Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir.

OXŞAR XƏBƏRLƏR