Kəmaləddin Heydərov Lənkərana gedir

SİYASƏT
16:02 29.05.2013
1553
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 31-i saat 10:00-dan Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.AZXEBER.COM-un FHN-ə istinadən verdiyi məlumata görə, qəbulda Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Məlumatda bildirilir ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

OXŞAR XƏBƏRLƏR