Kəmaləddin Heydərov yanğın baş verən əraziyə getdi

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə getdi
SOSİAL
18:01 19.08.2022
266

"Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib".

Bunu Report-un Şimal bürosuna açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib.

O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib:

"Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib".

OXŞAR XƏBƏRLƏR