Kəmaləddin Heydərovu Sahil Babayev əvəzlədi

Kəmaləddin Heydərovu Sahil Babayev əvəzlədi
SOSİAL
11:20 09.02.2022
1659
Bu gün Azərbaycan Boks Federasiyasının yeni prezidenti müəyyənləşəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, federasiyanın yeni rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq. 

O, bu postda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu əvəzləyəcək. 

Qeyd edək ki, Kəmaləddin Heydərov 2009-cu ildən Azərbaycan Boks Federasiyasına rəhbərlik edir. 
OXŞAR XƏBƏRLƏR