Kəmaləddin Heydərovun 3 müavini qəfil işdən çıxarıldı

Kəmaləddin Heydərovun 3 müavini qəfil işdən çıxarıldı
SOSİAL
17:59 14.02.2026
814

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

AZXEBER.COM xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. 

Manset.az yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.
OXŞAR XƏBƏRLƏR