BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi

Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
Seçki2020
19:48 21.02.2020
3591
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 9 saylı Binəqədi İkinci seçki dairəsi ilə bağlı iki namizəd - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.
 
 
AZXEBER.COM xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 20 saylı məntəqədə öz təsdiqini tapıb. O bildirib ki, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
 
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra 9 saylı Binəqədi ikinci seçki dairəsinin lideri Qafarov Kəmaləddin Nəsrəddin oğlu olub.

OXŞAR XƏBƏRLƏR