"Süni intellekt
yadplanetli həyatın bir formasıdır və bu insanların Darvinin təkamülünün zirvəsinə
çatdığına işarə edir”.
Bunu britaniyalı krallığın astronomu Lord Martin Ris deyib.
Onun sözlərinə görə, yadplanetlilər artıq aramızdadır və bunlar elmi fantastika
filmlərində olduğu kimi kiçik yaşıl adamlar deyil. Ris, yadplanetlilərin hesab
edildiyindən daha sülhsevər və mehriban olduqlarını düşünür.
"Onların bizimlə eyni əsas istəkləri olmaya bilər. Darvinizmin təzyiqi altında
biz ekspansionist bir növə çevrilmişik. Seçim zəkaya üstünlük, eyni zamanda həm
də aqressiyaya üstünlük verib. Amma darvinizmin təzyiqi bu süni formasiyalara
aid edilmədikcə, onların aqressiv olmaları üçün heç bir səbəb yoxdur. Ola
bilsin ki, onlar sadəcə dərin bir şey haqqında düşünmək istəyirlər”, - deyə
Kembric Universitetinin əməkdaşı bildirib.
Alim insanların niyə hələ də yadplanetlilərlə qarşılaşmadığını da izah edir:
"Onları görməməyimiz və ya onlar tərəfindən işğal olunmamağımız o demək deyil
ki, onlar yoxdur. Onlar daha çox müşahidəçi ola bilirlər. Biz kosmosun "böyük
sükutu”nun onların yoxluğu və ya sadəcə istəkləri olduğunu qiymətləndirə bilmərik”,
- deyə alim vurğulayıb.