Kenan Doğulu: Berenin sevişmə səhnələri mükəmməl idi

Kenan Doğulu: Berenin sevişmə səhnələri mükəmməl idi
MAQAZİN
22:43 03.01.2020
4904
Türkiyəli müğənni Kenan Doğulu həyat yoldaşı Beren Saatın son günlər sosial mediada gündəm olan "Atiye” serialındakı sevişmə səhnələrini bəyəndiyini açıqlayıb.

Müğənni həyat yoldaşının dünya səviyyəsində bir aktrisa olduğunu deyib.

"Hər səhnəsi mükəmməldir. Bir daha Berenin aktrisalığına heyran oldum. Onunla qürur duyuram. Beren dünya səviyyəsində bir aktrisadır. Mehmet Günsürlə də mükəmməl ikili olublar”, - deyə Kenan Doğulu bildirib.

Xatırladaq ki, Beren Saat heç bir estetik əməliyyat etdirmədiyi üçün serial çəkilişləri zamanı makyajsız kamera önünə keçib. Aktrisa özəl, üzdəki qırışları və hər hansı ləkələri yox edən effektləri istəməyib.

Qeyd edək ki, keçən ilin fevral ayından ayrılan Beren Saat və Kenan Doğulu cütlüyü səkkiz ay sonra barışıb.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR