Sevgiləri gündən-günə artan Bərən Saat və Kənan Doğulu cütlüyü bir-birlərindən qopa bilmirlər.
Evliliyə hazırlaşan bu cütlük hər kəsi öz sevgisi ilə heyran qoyub. Belə ki, Kənan Doğulunun Bərən Saata olan sevgisi onu Büyükadaya köçürüb. O sevgilisinin yorulmaması üçün burada film çəkilişləri bitənədək qalacağını bildirib.
Kənan Doğulu jurnalistlərə açıqlamasında bildirib ki, o Bərən Saatdan bir an belə ayrı qala bilmir. Tanınmış müğənni onu da əlavə edib ki, film çəkilişləri bitər-bitməz sevgilisi ilə birlikdə ABŞ-a səyahətə gedəcək.