ARB televiziyasında yayımlanan "Onun sirri” verlişində rejissor,ssenarist Kənan Mahmudov həbsxanaya düşməsi və bu səbəbdən təəssüflənməsi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, verlişdə "Siz hansı məşhurla əlbəyaxa olandan sonra həbs edildiniz və az da olsa həbs həyatı yaşadınız?” sualına "Döymək, döyülmək sözündən xoşum gəlmir. Məsələ odur ki, mübahisə olarsa, kim haqlıdır, kim haqsız. İndiki yaşım olsaydı, heç vaxt belə bir şey etməzdim. Aramızda bir anlaşılmazlıq oldu ki, mən orada haqlı idim. Kaş ki heç o mübahisə olmazdı. Yadıma düşəndə təəssüflənirəm ki, niyə mənim həyatımda belə bir şey baş verdi. Onu həyatımdan silmək üçün çox şeyi verməyə hazıram. Çünki o da sənətçidir. Biz ikimiz də eyni yoldayıq,görüşürük. Mən istəmirəm kimləsə üz-üzə gələndə ya mən,ya o üzünü çevirsin." – deyə cavab verib.
Aparıcının "Əlbəyaxa olduğunuz həmin şəxs kim idi?” sualına "Sən bu sualın cavabını sanki bilirsən, bunu deməyi etik hesab etmirəm. O da bir ailənin uşağıdır. Bu barədə fikir bildirmək istəmirəm” - deyə suala cavab vermək istəmədiyini bildirib.