ATV kanlında yayımlanan "Rəngarəng səhər” verilişində qalmaqal yaşanıb.
AZXEBER.COM xəbər verir ki, Aynur Dadaşova mahnı ifa etdikdən sonra aktyor Kənan MM "Özümü toyda hiss elədim, bir az da oxusanız durub pul yazdıracaqdım"deyərək narazılığını bildirib.
Aynur Dadaşova Kənan MM-in sözündən sonra studiyanı tərk edib. Bir müddət sonra geri dönən müğənni Aynur Dadaşova aktyora cavab verib:
"Mən qalmaqal sevmirəm. Özümə və ətrafımdakılara dəyər verirəm. Heç kəsə icazə vermərəm ki, durub mənə nəsə artıq söz desin. Kənan heç vaxt mənim yerimdə ola bilməz. Mən müğənniyəm o isə şeir deyir” ifadələrini səsləndirib və yenidən verilişi tərk edib.
Kənan isə "Belə gedişdən
sonra mən geri qayıtmazdım. Gedişlər belə ağır olmalıdır” deyərək Dadaşovanın hərəkətlərinə
haqq qazandırmadığını bildirib.
Aysel