Kenan Yıldız əməliyyat olundu: Uzun müddət meydanlardan uzaq qalacaq

Kenan Yıldız əməliyyat olundu: Uzun müddət meydanlardan uzaq qalacaq
İDMAN
03:45 01.09.2026
110
"Yuventus"un vingeri Kenan Yıldız sol ayağının beşinci daraq sümüyünün əsasındakı sınıqla əlaqədar uğurla əməliyyat olunub.

AZXEBER.COM bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

21 yaşlı türkiyəli futbolçu İtaliya çempionatının birinci turunda "Frozinone"yə qarşı oyunda (1:0) zədələnib.

Yıldız reabilitasiya proqramına başlayacaq və təxminən üç ay yaşıl meydanlardan uzaq qalacaq.
OXŞAR XƏBƏRLƏR