'Kənanı işdən çıxaracağam' - RÖYA

MAQAZİN
18:50 12.06.2013
2203
Müğənni Röya bu qış solo-konsert verəcəyini deyib.Axşam.az-ın məlumatına görə, o, ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında konsertin baş tutmayacağı təqdirdə prodüseri Kənanı işdən çıxaracağını bildirib:“Kənan deyib ki, bu yay gözlə, konserti qışda edək. Mən də gözləyirəm. Əgər konsert baş tutmasa, Kənan məni aldatsa, onu işdən çıxaracağam”.Zarafat etdiyini deyən müğənni Kənanı çox sənətçilərin arzuladığını sözlərinə əlavə edib:“Bu sözü ağzımdan çıxarmağa imkan vermirlər, həmin an onu yanlarına götürmək istəyirlər. Amma deyim ki, bunlar hamısı zarafatdır".

OXŞAR XƏBƏRLƏR