Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu

Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
SOSİAL
12:03 28.08.2025
335
Masallı rayonunun Həsənli kənd tam orta məktəbindən məzun olan 15 nəfərdən ibarət bir sinif rayonda rekorda imza atıb. XI "a” sinfinin 14 nəfəri ali, 1 nəfəri isə orta ixtisas təhsili müəssisəsinə qəbul olub. Onların arasında Prezident təqaüdünə namizəd də var.

AZXEBEER.COM xəbər verir ki, AzTV məktəbin uğurlu sinfindən reportaj hazırlayıb.

Prezident təqaüdünə namizəd Zəhra Ramizli reportajda qeyd edib ki, imtahanlarda 684 bal toplayaraq Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisasına qəbul olunub. Bu uğuruna görə müəllimlərinə, valideynlərinə və məktəbin rəhbərliyinə çox təşəkkür edən məzunun məktəblilərə tövsiyəsi də var: "Uşaqlara tövsiyəm odur ki, dərslərini başa düşərək, sevərək və zövq alaraq oxusunlar”.

Məktəbin yüksək ballı daha bir məzunu Qarabağ Universitetini seçib

Həsənli kənd məktəbinin uğurlu şagirdləri arasında Qarabağ Universitetini seçənlər də çoxdur. Məktəbin direktoru Yaqub Ələmov bildirib ki, məktəbi qurtaranlardan 5 nəfəri 600, 5 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 600-dən yuxarı nəticə göstərənlərdən 4 nəfəri qızdır. Onlardan biri - Zəhra Ramizli rayon üzrə ən yüksək bal toplayıb. 1 şagirdimiz öz qardaşının yolu ilə gedir. Ötən il də qardaşı 610 balla Qarabağ Universitetini seçmişdi, bu il isə Aydan seçim zamanı həmin universitetə üstünlük verib”.

Aydan Qəriboğlu özü də bu uğuruna və seçiminə görə çox sevinclidir: "Mən çox sevincliyəm ki, Qarabağ torpaqlarında oxuyacağam”.

"Hər qız oxumalıdır”

XI "a” sinfinin məzunlarından biri də Sevinc Hüseynovadır. O, 655.4 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub: "Sinfimiz yeganə sinifdir ki, əksəriyyətimiz orta təhsili fərqlənmə attestatı ilə bitirib ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmişik. Mənim fikrimcə, hər qız oxumalıdır”.

Həsənli kənd məktəbində bir sinif üzrə qəbul göstəricisi 93 faizə yüksəlib

Məktəbi fərqlənmə ilə bitirənlərdən biri Hüseyn Məmmədzadədir. O, 661 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub. 
Sinif rəhbəri Musayeva qeyd edib ki, onun sinfi məktəb illərində kimya üzrə respublika fənn olimpiadalarına qatılaraq yaxşı nəticə göstəriblər. Sinfin şagirdləri arasında hərbi məktəbə qəbul olunanlar da var.

Reportajda 50 ilə yaxındır ki, fəaliyyət göstərən Həsənli kənd tam orta məktəbinin ildən-ilə artan nailiyyəti vurğulanıb. 32 müəllimin çalışdığı məktəbdə ali təhsil müəssisələrinə qəbul nəticələri əvvəlki illərlə müqayisədə yüksək olub. Belə ki, Həsənli kənd məktəbində ötən il bir sinif üzrə qəbul göstəricisi 73 faiz idisə, bu il həmin göstərici 93 faizə yüksəlib. Ümumi Masallı üzrə isə rəqəmlər 98 faizi göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...