Kənd Təsərrüfatı Nazirliyi İctimai Şurasında formal strukturdan funksional mexanizmə keçid...

Kənd Təsərrüfatı Nazirliyi İctimai Şurasında formal strukturdan funksional mexanizmə keçid...
SOSİAL
15:14 19.12.2025
870
Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərlik tərkibinin ilk iclası keçirilib və iş adamı Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib. Açığı deyim ki, Azərbaycanda müxtəlif dövlət qurumları yanında fəaliyyət göstərən ictimai şuraların effektivliyi ilə bağlı uzun müddətdir müzakirələr aparılır, bir çox hallarda bu qurumlar formal mexanizm kimi fəaliyyət göstərir, qərar qəbuletmə prosesinə real təsir imkanları məhdud qalır. Amma ictimai nəzarət mexanizmlərinin yaradılması özü-özlüyündə müsbət prosesdir. İctimai şuraların institusional mövcudluğu dövlət-vətəndaş və dövlət-ictimai sektor münasibətlərinin tənzimlənməsi baxımından mühüm vasitə olaraq qalır. Əsas məsələ bu mexanizmlərin kimlər tərəfindən və hansı məzmunla doldurulmasındadır.

Bu prizmadan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya sədr seçilməsi aqrar sektor üçün təsadüfi qərar deyil. Aqrar sahə təkcə iqtisadiyyatın bir qolu deyil, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinin əsas dayaqlarından biridir və bu sahədə qəbul olunan qərarlar həm bazar iştirakçılarına, həm də sosial sabitliyə birbaşa təsir göstərir. 
M.Həsənli cəmiyyətə, dövlətə, mediaya və ictimai sektora kifayət qədər tanış personadır, ölkənin ərzaq təhlükəsizliyinin əsas təminatçısı olan kənd təsərrüfatı sektorunun belə bir simaya çoxdan ehtiyacı var idi. O, dövlət-cəmiyyət münasibətlərinin qurulma-işləmə mexanizmlərini praktiki şəkildə anlayan və siyasi konyukturaya dərindən bələd olan adamdır.

M.Həsənli uzun illərdir özəl sektorun, xüsusilə, quşçuluq təsərrüfatlarının problemlərinin sistemli şəkildə qaldırılması və həlli istiqamətində fəaliyyət göstərir. Onun təşəbbüsü ilə yaradılan platformalar təkcə bir sahənin maraqlarını deyil, ümumilikdə kənd təsərrüfatında istehsal-ixrac-rəqabət zəncirinin gücləndirilməsini hədəfləyib. Quşçuluq məhsullarının xarici bazarlara çıxarılması və bu sahədə rəqabət qabiliyyətinin formalaşdırılması prosesində onun rolu bazar mexanizmlərini bilən praktiki menecer modeli kimi diqqət çəkir.

İctimai şuralar üçün kommunikasiyanın keyfiyyəti, etibarlılığı və dövlət-cəmiyyət münasibətlərinə verdiyi qazanc əsas prioritet olmalıdır. Dövlət qurumları ilə real sektor, eləcə də ictimaiyyət arasında etibarlı və operativ əlaqə yaratmaq bu strukturların əsas missiyasıdır. Bu baxımdan sektoru daxildən tanıyan, qərarların iqtisadi və sosial nəticələrini öncədən hesablaya bilən şəxslərin iştirakı Şuranın funksionallığını artıran amildir. 

Son zamanlar M.Həsənlinin telekanalların debatlarında sərgilədiyi cəsarətli və mütəxəssis mövqeyi ictimaiyyət tərəfindən də təqdir olunmaqdadır. 
M.Həsənli mütəxəssis olmaqla yanaşı, həm də əzmkar, döyüşkən insandır, ölkədə ən təcrübəli və sərrast koordinasiya qabiliyyəti olan adamlarından biridir. Dəfərlərlə şahidi olmuşam, müxtəlif sahələrin təmsilçilərinin problemlərini dinləyərək dərhal qərar verib və körpü rolunu oynayıb. Media ilə də heç vaxt sərhəd yaratmayıb və rəsmi münasibətlərdən həmişə qaçıb, onun üçün şifahi söz notarial sənədlərdən daha keçərlidir. 
Müxtəlif sahələrin nümayəndələri arasında vasitəçi rolunu oynamaq, problemi yalnız səsləndirməklə kifayətlənməyib, operativ həll mexanizmi təklif etmək ictimai nəzarət institutları üçün nadir keyfiyyətdir. Hazırkı konfiqurasiya onu deməyə əsas verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şura uzun müddətdən sonra formal strukturdan funksional mexanizmə çevrilmək üçün real şans qazanıb.

Əziz dostum Mürvət Həsənlini təbrik edirəm! 

Ümid edirəm ki, onun səmərəli fəaliyyəti kənd təsərrüfatı sektoruna böyük dividend gətirəcək.

Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi