"Kənddən gəlmişəm, bundan utanmıram"

"Kənddən gəlmişəm, bundan utanmıram"
MAQAZİN
19:37 05.03.2026
377
Müğənni İlhamə Qasımova açıqlaması ilə diqqət çəkib. 

AZXEBER.COM xəbər verir ki, o, verilişdə görünməmə səbəbinə aydılıq gətirib.

İlhamə sənəti olmayan ifaçıların daha təmtəraqlı təqdimatından gileylənib:

"Verilişə getmişəm xətrimə dəyib. Başlamışam 1 il, il yarım getməyim. Ona görə də verilişlərə gec çıxıram. Müsabiqədən çıxanda yeganə iştirakçı idim ki, çörək verən əli və haradan gəldiyimi unutmadım. Kimsə kənddən gəlirdi, danırdı. Mən isə deyirdim kənddən gəlmişəm, bundan utanmıram. Mənim Avropada, Amerikada nailiyyətlərim olub. 20 ildir verilişə çağırıb deyirlər "Yeni ulduz". Görəsən mənim belim əyilib, ağ saçlarım olanda da "Yeni ulduz" deyəcəklər? Səhnəyə 3-4 il gəlmiş, sosial şəbəkədə inkişaf etmişi qoyurlar sənin yanına, tərifləyirlər. Tərifi sevmirəm. Amma mənim nailiyyətlərim var. Deyirəm adımı, soyadımı deyin. 22-ci ildir ki, çalışıram. Səhnəyə əziyyətlə gələni sosial şəbəkə ilə məşhurlaşanla bir tuturlar. Əgər özümü orada yaxşı hiss etməyəcəyəmsə, niyə gedim?".


OXŞAR XƏBƏRLƏR