Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO

Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
SOSİAL
23:36 26.07.2026
223
Magistral qaz xətti keçən kəndin özü qazsız qalıb.

AZXEBER.COM Xəzər TV-yə istinadla xəbər verir ki, Gədəbəy rayonunun Kiçik Qaramurad kənd sakinlərinin sözlərinə görə, 2011-ci ildən bu kənddən keçən qaz xətti sayəsində bir sıra kəndlər mavi yanacaqla təmin edilib.

Lakin illərdir müraciətlər edilsə də, kənd qazlaşdırılmayıb. Sözügedən kənd dağlıq ərazidə yerləşdiyi üçün burada qış həm sərt keçir, həm də uzunömürlü olur. Sakinlər qış aylarında qızınmaq üçün odundan istifadə edirlər. Odun tapmaq da, almaq da müşkül məsələyə çevrilir.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qrumlara müraciət etsələr də 15 ildir məsələ həll olunmur.

OXŞAR XƏBƏRLƏR