“Kənddən Şəhərə” həftəsonu yarmarkası daha bir ünvanda fəaliyyətə başladı - REPORTAJ

“Kənddən Şəhərə” həftəsonu yarmarkası daha bir ünvanda fəaliyyətə başladı - REPORTAJ
SOSİAL
18:05 28.10.2019
4266
Binəqədi və Yasamal rayonlarında təşkili ənənə halını almış "Kənddən Şəhərə” yarmarkası bu həftəsonu həm də Nərimanov rayonunda keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, Gənclik metrosunun yaxınlığında təşkil olunan yarmarkaya gedərkən yolda rastımıza çıxan müxtəlif satış mərkəzlərinə, irili-xırdalı mağazalara da baş çəkdik ki, qiymətləri müqayisə edə bilək. 

Bu ünvanda "Kənddən Şəhərə” həftəsonu yarmarkasının ilk dəfə keçirilməsinə baxmayaraq, alıcıların sayının çox olması və qiymətlərin şəhər sakinlərinin büdcələrinə uyğun olması diqqətimizi çəkdi. Fermer-satıcılarla etdiyimiz söhbətlərdə onlar da alıcıların çoxluğundan razı olduqlarını dedilər. 
Həmsöhbət olduğumuz ilk fermer öz həyətyanı sahəsində yetişdirdiyi məhsulları satışa çıxaran Ağcabədi rayon sakini Ramin Mürsəlli oldu. Hər həftəsonu yarmarkada iştirak etdiyini deyən fermer yarmarka ünvanlarının sayının artmasından razıdır:

"Bu ünvanda ilk dəfədir ki, yarmarka keçirilir. Ancaq bu günə qədər müxtəlif ünvanlarda baş tutan "Kənddən Şəhərə”-nin həm bayram, həm də həftəsonu yarmarkalarında iştirak etmişəm. Öz həyətyanı sahəmdə yetişdirdiyim kələm, kartof, çuğundur, kök, soğan məhsullarını satışa çıxarmışam. Qiymətlərimiz digər mağazalardan, hətta bazarlardan daha ucuzdur, çünki burda satıcı birbaşa biz fermerlərik. Məsələn, soğanı 28, çuğunduru 40, kələmi 25, kökü 50, kartofu isə 55 qəpiyə satıram. Alver yaxşıdır. Alıcılar gəlib qiymətlərə baxırlar, digər yerlərlə müqayisə edirlər və alırlar. Təklif edərdim yarmarkanın keçirilmə ünvanlarının sayı artırılsın  ki, daha çox fermer bu imkandan faydalana bilsin”.

Digər bir satıcı-fermer isə Quba rayonundan gələn Ramiz Tahirovdur. Fermer üzüm, kələm, xurma və sarımsaq məhsullarının satışı ilə məşğuldur:
"Satışa 80 kq üzüm, 20 kq sarımsaq, 60 kq kələm və 80 kq xurma gətirmişəm. Yarmarkada qiymətlər daha ucuz olur deyə alıcılar da bura gəlməyə üstünlük verirlər. Bu da bizim satışımız üçün çox yaxşıdır. Üzümün və sarımsağın kiloqramını 1 manata, kələmi 35, xurmanı isə 80 qəpiyə təklif edirəm. Yarmarkada biz fermerlər üçün hər cür şərait yaradılıb, tərəzi ilə təmin edirlər. Ən əsası isə bizə ayrılan yer üçün heç bir ödəniş etmirik”.
Yarmarkada satılan məhsulların qiymətindən alıcılar da razılıq edirlər. Həmsöhbət olduğumuz paytaxt sakini Əliyeva İlahə yarmarkanın hər həftəsonu keçirilməsini arzulayır:
"Mən yaxınlıqda yaşayıram. Bu ərazidə yarmarka qiymətləri ilə məhsul satan mağaza yoxdur. İstəyərdim ki, yarmarka hər həftəsonu keçirilsin. Biz də həftəlik bazarlığımızı burdan edək. Məncə bu həm alıcılar, həm də satıcılar üçün yaxşı olar”.

Bir digər alıcı Hafiz Əhmədov isə yerli naringini münasib qiymətlərlə almaqdan razılıq edir:

"Nəvəm mandarini çox sevir. Onun üçün mandarin almağa gəlmişəm. Qiymətləri münasib görüb kartof və üzüm də aldım. Yarmarkada yalnız yerli məhsulların satılması xoşuma gəldi. Bizim ölkə olaraq hər bir məhsulu yetişdirmək imkanımız var. Sadəcə alıcılar yerli fermerlərə dəstək olmalıdırlar ki, onlar da inkişaf etsinlər və daha çox öz torpağımızın məhsulları ilə bizi təmin etsinlər”.

Qeyd edək ki, "Kənddən Şəhərə” yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunur. Yarmarkaların keçirilməsində əsas məqsəd yerli kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləmək və paytaxt sakinlərinin bu məhsullara olan ehtiyaclarını daha dolğun şəkildə, təbii məhsullarla ödəməkdir. Hal-hazırda paytaxtın üç ünvanında həftəsonu yarmarkaları keçirilir:

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 5B,

Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Nərimanov rayonu, Gənclik metrosunun yaxınlığı
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
12:22 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub