İsrail və Qəzza sərhədinə yaxın Nir Am bölgəsində yaşayan 25 yaşlı İnbar Liberman HƏMAS-ın hücumundan sonra qəhrəman elan edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sərhədə çox yaxın olan Nir Am yaxınlığında atışma və partlayış səslərinin əvvəlki raketlərdən fərqli olduğunu və yaxınlaşdığını anlayan 25 yaşlı Liberman qonşularını yığmağa başlayıb.
Kəndi mümkün qarşıdurmaya hazırlayan Liberman 12 qonşusuna silah paylayıb və bəzi yerlərdə tələlər qurub. HƏMAS silahlılarının kəndə yaxınlaşması ilə başlayan münaqişə 4 saat davam edib. Nəticədə Liberman 5 HƏMAS yaraqlısını öldürüb.
Hücumun şiddətini proqnozlaşdırdığı və hazırlıq gördüyü üçün böyük tərif alan gənc qadının bu yolla kəndi xilas etdiyi bildirilib.
Günel