Əfqanıstanın Kunar vilayətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində 800 nəfər ölüb, 2500-dən çox insan yaralanıb.
Yerin 8 kilometr dərinliyində baş verən yeraltı təkan qonşu Nanqarhar və Laqman əyalətlərində də hiss olunub. Sürüşmə nəticəsində yollar bağlanıb, bəzi ərazilərə isə yalnız helikopterlə getmək mümkündür.
Əfqanıstan hökumətinin ilkin açıqlamalarına görə, çoxlu sayda kəndlər, xüsusən də dağlıq və əlçatmaz ərazilərdə yerləşən kəndlər tamamilə dağıdılıb.
Əfqan Qızıl Aypara Cəmiyyəti hadisə yerinə təcili yardım qruplarının göndərildiyini və yaralıların helikopterlərlə təxliyə edildiyini açıqlayıb.
Mikayıl